1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Xəbərlər

Beş ulduzlu hava yolu şirkəti Azərbaycana gəldi
2012.02.03

Dünən Qətər Hava Yollarının Doha-Bakı reysi ilə ilk təyyarəsi Bakıya uçdu

Fevralın 1-də Qətər Hava Yolları Doha-Bakı reysi ilə ilk təyyarənin Bakıya gəlişinə həsr edilmiş açılış mərasimi keçirib. Mərasimdə Qətər Hava Yollarının, Azərbaycan Hava Yollarının (AZAL), Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov, Qətərin ölkəmizdəki səfiri Şeyx Mübarək bin Fəhd əl Sani, həmçinin media təmsilçiləri iştirak ediblər.

AZAL dövlət konserninin vitse-prezidenti Eldar Hacıyev qonaqları qurumun prezidenti Cahangir Əsgərovun adından salamlayaraq açılan reysin Qətər, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Üç ölkənin mülki aviasiya işçiləri eyni gündə ”Qətər eyrvey" (Qatar Airways) operatorları ilə birlikdə ölkələr arasında yeni bir körpü yaradıb. Bakı istiqamətində isə Azərbaycan aviatorları böyük güzəştlərə gedərək Qətər Hava Yollarına beşinci dərəcəli hava yolu azadlığı verdi. Müştərək bayraqlar altında uçuşlar həyata keçirilir".

Qətər Hava Yollarının baş icraçı direktoru Əkbər Əl Bəkir isə qeyd edib ki, şirkət bu gün 2012-ci il üzrə qlobal genişlənmə proqramının açılışını və Hava Yollarının Avropaya növbəti dəfə qədəm qoymasını qeyd edir: “Qətər Hava Yollarının Azərbaycana gözlənilən gəlişini qeyd etməkdən qürur duyuram. Bu gündən etibarən Qətər Hava Yolları cədvəl üzrə Azərbaycana uçuşlar həyata keçirməyə başlayır. Bu da şirkətin 2012-ci ildə dünya üzrə uçuş istiqamətlərinin başlanğıcı deməkdir. Paytaxt Bakıya həyata keçiriləcək gündəlik və fasiləsiz uçuşlar həm də Qətər Hava Yolları üçün Avropada ən yeni dayanacaq kimi qəbul edilir. Sözügedən uçuş reysinin Gürcüstanın paytaxtı Tiflisə qədər davam etməsi Avropa şəhərləri istiqamətində uçuşların sayının 29-a çatdırılması deməkdir”.

Əkbər Əl Bəkirin sözlərinə görə, Azərbaycanın zəngin enerji resursları və turizm sektoru Qətər Hava Yolları şirkətinin Bakıya uçuşlar təşkil etməsi qərarının verilməsində böyük əhəmiyyət kəsb edib: “Hələ üç il əvvəl qərar vermişdik. Bir az gecikdi. Bakıya uçan yeganə beş ulduzlu hava yolu şirkəti olaraq Qətər Hava Yolları mükafatlara layiq xidmətini Azərbaycan xalqına təklif etməklə qürur duyur. Doha şəhərindən hava yolu şirkəti sizi Yaxın Şərq, Afrika və Asiya Sakit Okean Hövzəsi, o cümlədən Dubay, Muskat, Küveyt, Entebbe, Şanxay, Sinqapur, Bankok, Dehli, Goa və Melburn kimi şəhərlərlə birləşdirir”.

Qeyd edək ki, Bakı-Doha reysi həftənin bütün günləri fəaliyyət göstərəcək. Həftənin 2, 4 və 5-ci günləri saat 18.00-da, 1, 3, 6 və 7-ci günləri isə saat 22.30-da təyyarə Bakıdan havalanacaq. Uçuş müddəti bir saat 45 dəqiqədir. Əkbər Əl Bəkir bildirib ki, tezliklə Bakıya birbaşa uçuşlar da olacaq. O bildirib ki, Qətər Hava Yolları öz uçuşlarını Airbus A230 tipli təyyarə ilə həyata keçirir və sərnişinləri iki klas konfiqurasiya ilə bölür. Hazırda şirkətin ixtiyarında 104 ədəd müasir hava gəmisi var və şirkət 112 istiqamətdə biznes və turizm yönümlü uçuşlar təşkil edir. Şirkət bu il genişlənmə proqramı çərçivəsində yeddi istiqamət üzrə uçuşlar təşkil edəcək.

Туризм формирует 1,2% ВВП и 1,6% инвестиций в экономику
2012.02.03

Доля туризма в формировании ВВП Азербайджана в 2011 году серьёзно возросла.

По сообщению Госкомитета по статистике, в 2011 году доля туризма (599,2 млн. манатов) в формировании ВВП страны (50,069 млрд. манатов) выросла до 1,2% с 0,99% в 2010 году (422,7 млн. и 42,465 млрд. манатов соответственно).
Доля туризма в общих инвестициях в экономику страны (12,776 млрд. манатов) оказалась более существенной – 1,6%, или 209,8 млн. манатов.

“Eurovision – 2012 biletləri ilə bağlı yayılan məlumatl
2012.02.03

Biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə ərzində veriləcək.

Son günlər "Facebook" və digər sosial şəbəkələrdə, eləcə də İnternet saytlarında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəi 2012 üçün biletlərin satışı ilə bağlı yanlış məlumatlar yayılır.

Eurovision Mahnı Müsabiqəsinin İşçi Qrupundan verilən məlumata görə, may ayındakı şouya biletlər satışa çıxarılmayıb və bununla bağlı rəsmi məlumatlar, biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə ərzində veriləcək. Eurovision Mahnı Müsabiqəsinin İşçi Qrupu bir daha bildirir ki, digər sosial şəbəkələrdə və internet saytlarındakı informasiyaların heç bir əsası yoxdur və ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır.

Müsabiqə ilə bağlı bütün rəsmi məlumatları www.eurovision.tv, müsabiqənin rəsmi milli saytı www.eurovision.az və Eurovision İşçi Qrupunun Facebook və Twitterdəki və rəsmi milli səhifələrindən əldə edə bilərsiniz.(itv.az)

В Лос-Анджелесе представлен туристический потенциал Азербайджана
2012.02.03

Азербайджанская делегация в составе представителей Министерства культуры и туризма, Ассоциации туризма и местных туристических компаний принимает участие в международной туристической выставке "Los Angeles Times Travel Show 2012", которая открылась в Лос-Анджелесе (США).

Об этом говорится в сообщении на официальном сайте Минкультуры и туризма Азербайджана. Выставка продлится до 29 января.

Азербайджан впервые принимает участие в выставке "Los Angeles Times Travel Show 2012".

О туристическом потенциале нашей страны на выставке рассказывает раздел площадью 24 кв.м. Посетителям и участникам выставки розданы около 30 видов различной рекламно-печатной продукции на немецком, английском языках, а также другие информационно-ознакомительные материалы.

Где в Баку будут размещены гости
2012.02.03

Делегация, которые приедут в Баку для участия в конкурсе "Евровидение-2012", будут размещены в специально выделенных отелях столицы. Об этом сказал в пятницу председатель рабочей группы конкурса Адиль Керимли.
По его словам, для размещения гостей будет определен список отелей. Наряду с функционирующими сегодня в этот список будут включены и отели, которые пока строятся и будут сданы в эксплуатацию к началу прибытия гостей.

Условия в отелях, которые могут быть включены в список, должны отвечать требуемым стандартам и иметь соответствующую "звездность", добавил он.
По словам Керимли, планируется разместить гостей в "пятизвездочных", "четырехзвездочных" и "трехзвездочных" отелях.

Информация о билетах на конкурс будет обнародована в конце февраля, сказал он.

По данным министерства культуры и туризма, в стране функционируют 315 отелей и объектов отельного типа, имеющие лицензию. Из них 115 расположены в Баку и на Абшероне.

В республике 15 "пятизвездочных" отелей, 13 из них расположены в Баку, 37 "четырехзвездочных" (21 в Баку) , остальные - в регионах.

Из 21 "трехзвездочного" отеля 13 находятся в Баку.

В республике функционирует три "двухзвездочных" отеля, один из которых находится в столице.

В Азербайджане появилось свыше 30 новых туркомпаний
2012.02.03

Министерство культуры и туризма Азербайджана в прошлом году выдало лицензии на осуществление туристической деятельности 31 юридическому и физическому лицу.

Таким образом, в настоящее время в республике действуют 193 туристические компании, сообщили в понедельник в министерстве.

В прошлом году в Азербайджане количество отелей и объектов гостиничного типа, прошедших государственную классификацию, достигло 80.

Классификация этих объектов происходит на основе "Правил сертификации туристическо-экскурсионной службы", утвержденных Кабинетом министров 16 июля 2004 года

Copyright © POLAR EAST 2012 All Rights Reserved